ABŞ-da 5 noyabrda keçirilən prezident seçkilərində ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trump, xarici işlər, müdafiə, ədliyyə və daxili təhlükəsizlik kimi mühüm nazirliklərlə yanaşı, yaxın komandasına daxil olacaq şəxsləri açıqlamağa davam edir.
Busaat.az xarici mediaya istinadla xəbər verir ki, Trump 20 yanvar 2025-ci ildə başlayacaq ikinci prezidentlik dövrü üçün kabinetini formalaşdırma işlərini davam etdirir.
İran və Çin məsələlərində “şahin” mövqeyi və İsrail tərəfdarı görüşləri ilə tanınan respublikaçı senator Marco Rubio ilə keçmiş Milli Kəşfiyyat Direktoru John Ratcliffe-in Trump-ın ikinci prezidentlik dövründə təyin edəcəyi şəxslər arasında olacağı ehtimal edilir. Trump, Rubio-nu Xarici İşlər Nazirliyinə, Ratcliffe-i isə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Direktorluğuna düşünür. Bunlara əlavə olaraq, Milli Kəşfiyyat Direktorluğuna keçmiş Konqres üzvü Tulsi Gabbard-ı, Ədliyyə Nazirliyinə isə Florida-dan Konqres üzvü Matt Gaetz-i namizəd göstərdiyini açıqlayıb. South Dakota ştatının qubernatoru Kristi Noem-i isə Daxili Təhlükəsizlik Nazirliyinə namizəd göstərməyi planlaşdırdığını bildirib.
ABŞ-ın Orta Şərq üzrə Xüsusi Nümayəndiliyi vəzifəsinə daşınmaz əmlak zəngini Steven Witkoff-u təyin edəcəyini açıqlayan Trump, keçmiş Arkansas ştatının qubernatoru Mike Huckabee-ni də İsrailə səfir təyin etməyi planlaşdırdığını bildirdi.
5 noyabrda keçirilən prezident seçkilərini qazanan Trump, daha əvvəl Ağ Ev Xüsusi Katibliyinə Susie Wiles-i, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında (BMT) Daimi Nümayəndəliyinə Konqres üzvü Elise Stefanik-i və ABŞ Ətraf Mühit Qoruma Agentliyinin başına keçmiş Konqres üzvü Lee Zeldin-i təyin edəcəyini açıqlamışdı.
Kabinetdəki vəzifələr və təsdiq prosesi
ABŞ-da prezidentin ölkə idarəçiliyində birgə çalışdığı kabinetdə vitse-prezident xaric olmaqla əsas rolu olan 15 şəxs mövcuddur. Sözügedən şəxslər, prezidentin təyinatı və Senatın təsdiqindən sonra vəzifələrinə başlayır.
Bu vəzifələr Xarici İşlər Nazirliyi, Xəzinə Nazirliyi, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ticarət Nazirliyi, Əmək Nazirliyi, Sağlamlıq və İnsan Xidmətləri Nazirliyi, Mənzil və Şəhərsalma Nazirliyi, Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Vətəndaş İşləri Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi olaraq sıralanır.
Bu əsas nazırlıq vəzifələrinə əlavə olaraq, kabinet səviyyəsində ikinci dərəcəli vəzifələrdə olan 10 digər mövqe də kabinetdə yer alır, lakin bu sayı prezidentin təşəbbüsünə görə dəyişə bilər.
Bu çərçivədə Ağ Ev Xüsusi Katibliyi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Ətraf Mühit Qoruma Agentliyi, İdarəetmə və Büdcə Ofisi, Milli Kəşfiyyat Direktorluğu, ABŞ Ticarət Nümayəndəsi, ABŞ-ın BMT Daimi Nümayəndəsi, İqtisadi Məsləhətçilər Şurası, Kiçik Bizneslər İdarəsi və Elm və Texnologiya Siyasətləri Ofisinin rəhbərləri müəyyən olunur.
Xüsusi Katiblik xaricindəki digər vəzifələrə Trump tərəfindən təyin olunacaq şəxslərin ABŞ Senatından təsdiq alması lazımdır.
2016-cı il seçkilərini qazandıqdan sonra 20 yanvar 2017-də vəzifəyə gələn Trump, o dövrdə Senatda əksəriyyətin Demokratlarda olması səbəbindən bir çox kabinet üzvü namizədinin təsdiq prosesi üçün aylarla gözləməli olmuşdu.
5 noyabr seçkilərində Senatda 53 mandatla əksəriyyət əldə edən Respublikaçıların dəstəyi ilə Trump-ın yeni kabinetinin daha sürətli təsdiqlənib vəzifəyə başlaması gözlənilir.
Zeyd Bağırzadə