Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.20 $▼2.12%
  • WTI neft90.36 $▼1.83%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.031 $▲1.61%
  • Qızıl4 076 $▲0.64%
  • Gümüş52.03 $▲1.20%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.00 ¢▲0.04%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 223 $▼0.52%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

"Tərtər işi"ndən İŞ ÇIXARANLAR: Xaricdəki internet kanallarını maliyyələşdirən generalların məqsədi nədir? - AKTUAL

image-kolaj111
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan xalqı və Ordusu müharibədəki qələbənin sevincini demək olar, yaşamadı. Hər gün bir problem, nüfuzlu zabitlərimizi ləkələmək cəhdləri cəmiyyəti parçalayır, Silahlı Qüvvələrimizi gözdən salır.

Şəhid general-mayor Polad Həşimov Azərbaycanda hər kəsin rəğbətini qazanmış, insanları bir yumruq kimi birləşdirmiş misilsiz şəxsdir. Onun ordudakı nümunəvi xidməti, 2016-cı ilin Aprel döyüşlərindəki fəaliyyəti hər kəsə məlumdur. Polad Həşimov müharibədən sonra təltiflər zamanı Milli Qəhrəman statusu aldı. Yəni dövlət Polad Həşimovun adına və ailəsinə edilə biləcək demək olar ki, hər şeyi edib.

Polad Həşimovun anası Səmayə xanım oğlunun şəhid olması ilə bağlı müxtəlif versiyalar səsləndirdi. Gah deyir ki, oğlunun ölümündə Kərim Vəliyevin əli var, gah da müdafiə naziri Zakir Həsənovu ittiham edir. Daha sonra da Zakir Həsənovu onun evinə gəlməməkdə ittiham edir. Edilən ittihamlar həqiqətdirsə və Səmayə xanım dediklərindən əmindirsə, Zakir Həsənov onun evinə gəlsə belə, normalda naziri qapıdan qovmalıdır. Tarixə də naziri evindən qovmuş şəhid anası kimi düşərdi.

Bundan əlavə, Polad Həşimovun şəhid olması ilə bağlı şübhələr vardısa, niyə vaxtında yox, indi bu işin üstünə gedilir? Açıq şəkildə görünür ki, Polad Həşimovun anasını kimlərsə yanlışa yönləndirib, Kərim Vəliyevdən qisas alır. Heç şübhəsis, o şəxs Baş Qərargah Rəisi olmaq üçün bir neçə dəfə təqdimatı gedən generaldır.

Həmin şəxslər daha əvvəl də Hikmət Mirzəyevi hədəfə almışdılar. Müəyyən çevrənin marağına görə Azərbaycan xalqının könlündə taxt quran hər kəs hədəfdədir, hər kəs ləkələnməlidir…

Polad Həşimovun niyə istefa ərizəsi yazması sirr kimi dildən-dilə  gəzir. Azərbaycan ordusunda istefa raportu yazmayan zabitin sayı barmaqla sayılacaq qədərdir.

Bu oyunu quranlar sonda gətirib problemi “Tərtər işi” ilə bağlayacaqlar. Stilistikadan görünən odur ki, bu işi quranlarla “Tərtər işi”ni “genosid” adlandıranlar eyni qrupdur.

Azərbaycan ordusunun ləkələnməsi, gözdən salınması üçün son dərəcə çirkin bir ssenari oynanılır. Bu oyunun arxasında xarici qüvvələrlə yanaşı, ordunun daxilindəki, beli xaricə bağlı olan generallar da var. Əslində, Azərbaycan dövləti düşməni xaricdən daha çox daxildə, məhz ordunun içərisində axtarmalıdır. Hansı generallar ki, xaricdən yayımlanan internet kanallarına pul ötürürlər, onlar da bu işin arxasında dayanırlar.

Emin Fərzəliyev

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67435