Təyyarə okeana düşdü: Hollivud aktyoru qızları ilə birlikdə həlak oldu – FOTO

image-1173095backend

51 yaşlı aktyor Kristian Oliver və onun iki qızı – 12 yaşlı Annik və 10 yaşlı Madita Karib dənizində təyyarə qəzasında həlak olublar.

Busaat.az vesti.az-a istinadən xəbər verir ki, onların uçduqları kiçik tək mühərrikli təyyarə Petite Nevis adası yaxınlığında okeana düşüb.

Yerli balıqçılar və dalğıclar zərərçəkənlərə kömək etmək üçün hadisə yerinə getsələr də, gəmidə olanların hamısı həlak olub.

Dörd sərnişinin cəsədi sahil mühafizəsi əməkdaşları tərəfindən aşkar edilib.Milli.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90