“Toyda çox əziyyət çəkirdim” – Şəbnəm Tovuzlu

image-sebnembackend

“Heç kim keçmişi unutmamalıdır”.

Busaat.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “İncə səhər” verilişində deyib.

O, keçmiş günlərə nəzər salaraq kövrəlib:

“Hamının keçmişdə ağrılı-acılı günləri olub. Mən toylarda çox əziyyət çəkirdim. O vaxtlar balaca bir maşınım var idi. Onu da kreditlə almışdım. Yusif Mustafayevin həayt yoldaşı pulumu az-az yığmışdı, bir gün dedi ki, 2500 dolların var. İstəyirsənsə, ilkin ödənişlə maşın alaq. Yusif müəllim çörəkverən adamdır. Əli çox yüngüldür. O maşını elə aldım və aybay ödəyərək bitirdim”.

Müğənni illər öncə efirlərə çıxmaq istədiyini və bunun üçün də bəstəkar mahnılarına üz tutduğunu bildirib:

“Efirlərə çıxmaq istəyirdim. Gedib Vüsal Əliyevə müraciət etdim. Onlar da mənə kömək oldular. Onsuz da mən toydan qazanırdım, artıq efirə çıxmaq istəyirdim. Orada 3 mahnı aldım və hər 3-ü də tutdu. Bu bir şans idi. Allah adama yol açır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki