Toylara tətbiq olunan qadağalar: “Hər halda toy zalının qapısına qıfıl vurulmayacaq”

image-1612720988_bey_ve_gelin_toy_uzuk_012backend

“Toylarda tətbiq olunan qaydaların işləmə mexanizmi özünü doğrultmayacaq”.

Nazirlər Kabinetinin qərarına əsasən, müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə veriləcək. Toy mərasimlərinin keçirilməsi ilə bağlı tətbiq olunan qadağaların effektivliyini “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Busaat.az-a açıqlamasında dəyərləndirib.

image-lalemehral

Sosioloqa görə, tətbiq olunan məhdudiyyətlərin effektiv olacağı gözlənilən deyil:

“Çünki dost və ya tanışının toy etdiyini eşidən əksər insanlar dəvətnamə almasa da, həmin toyda iştirak etmək üçün restorana gələcək. Hər halda toy zalının qapısına qıfıl vurulmayacaq. Bu fonda ümumi qonaq sayının limitli olması müəyyən narazılıqlara səbəb olacaq. Ona görə ki, cərimələnən çoxluq da az olmayacaq. Toyun idarə edilməsi bir tərəfdə qalacaq, cərimələnənlərin sayı problem yaradacaq. Hesab edirəm ki, nəzarət mexanizmi lazımi səviyyədə təşkil olunmayacaq. Vaksin vurduran şəxslərin sayının da az olduğunu nəzərə alsaq, tətbiq olunan məhdudiyyət müsbət nəticə verməyəcək. Restoran sahiblərinin də qaydalara əməl etməməsi fonunda cərimələnənlər siyahısında olması qaçılmazdır. Bu mexanizmə necə nəzarət ediləcəyi sual doğurur”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki