“Çox uzun müddətdir ki, Birləşmiş Ştatlar bizə sözün əsl mənasında 2 sentdən çox baha başa gələn sentlər zərb edir. Bu, böyük israfdır. Mən ABŞ-ın maliyyə nazirinə yeni sentlərin istehsalını dayandırmağı tapşırmışam”. Tramp yazıb: “Bir sent də olsa, böyük dövlətimizin büdcəsindən israfı aradan qaldıraq”.
CNN yazır ki, illərdir çoxları 1 sentanot istehsalının dayandırılmasının tərəfdarı olduğunu bildirib. Bu, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) 1 sentanot istehsalının yüksək xərcinə diqqət çəkən bir qeyd yerləşdirməsindən sonra xüsusi sürət qazandı.
2024-cü maliyyə ili üçün illik hesabatında ABŞ Sikkəxanası bildirdi ki, 1 sentlik bir sikkənin istehsalı və paylanması əvvəlki ilə nisbətən təxminən 20% daha çox, təxminən 3,7 sentə başa gəlir. Bu həm də metalların, o cümlədən sink və misin bahalaşması ilə bağlıdır.