
"Tramp HƏMAS nümayəndələrini razı salmağımızı istədi" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Tramp Türkiyədən Fələstinin HƏMAS qruplaşmasını Qəzzada müharibəyə son qoymaq planını qəbul etməyə inandırmasını istəyib.
Busaat.az xəbər verir ki, bu barədə “Trthaber” məlumat yayıb.
“Həm ABŞ-a səfərimiz zamanı, həm də son telefon danışığımız zamanı cənab Trampa Fələstində nizamlanmanın necə əldə oluna biləcəyini izah etdik.
O, xüsusi olaraq HƏMAS nümayəndələri ilə görüşməyimizi və onları razı salmağımızı istədi”, – deyə Ərdoğan jurnalistlərə bildirib.
Yeganə























