Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.29 $▼0.03%
  • WTI neft91.23 $▲0.44%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.032 $▲1.13%
  • Qızıl4 138 $▲1.55%
  • Gümüş53.25 $▲2.51%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin74 842 $▲0.16%
  • Ethereum2 137 $▲0.58%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

"Tramp Nobel mükafatına layiqdir" - Misir prezidenti

image-photo_290456
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Misir prezidenti Əbdülfəttah əs-Sisi amerikalı həmkarı Donald Trampın Qəzzada atəşkəslə bağlı danışıqlarda göstərdiyi səyləri yüksək qiymətləndirib və sazişə verdiyi töhfəyə görə Nobel mükafatına layiq olduğuna əmin olduğunu bildirib.

Busaat.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Qəzzada atəşkəs razılaşması sizin həvəsiniz sayəsində əldə edilmiş tarixi nailiyyətdir. Əminəm ki, siz Nobel Sülh Mükafatına layiqsiniz”, – deyə əl-Sisi Trampla telefon danışığında deyib.

Ərəb Respublikasının prezidenti də sazişin mümkün qədər tez həyata keçirilməsini arzuladığını vurğulayıb və Trampı bir daha Misirdə baş tutacaq Qəzza sazişinin imzalanma mərasimində şəxsən iştirak etməyə dəvət edib.

Bundan əvvəl İsrail rəhbərliyi də Trampa Nobel Sülh Mükafatının verilməsi ideyasını dəstəkləyib. Bu bəyanatlar Misirin Şarm əl-Şeyx şəhərində iki ildir Qəzza zolağında saxlanılan girovların azad edilməsi və anklavda atəşkəslə bağlı əldə olunan razılaşmalar fonunda verilib.

Xatırladaq ki, oktyabrın 6-da Stokholmda Nobel Həftəsi açılıb.

Yeganə

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=174073