
Tramp Pakistan və Əfqanıstanı barışdırmağa HAZIRDIR
ABŞ prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı hərbi münaqişəni həll edə biləcəyinə inanır.
Busaat.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Pakistan və Əfqanıstan arasında müharibənin getdiyini eşidirəm. Hazırda başqa müharibə üzərində işləyirəm, çünki münaqişənin həllində yaxşıyam”.
O, əlavə edib ki, artıq milyonlarla insanın həyatını xilas edib. Tramp bunu “Nobel” mükafatı üçün yox, həyatları xilas etmək üçün etdiyini vurğulayıb.
Bundan əvvəl Əfqanıstanın Hilmənd əyalətində atışmaların baş verdiyi barədə xəbərlər yayılmışdı. Bildirilib ki, Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbələr endirib. Taliban rəsmiləri əməliyyatın təfərrüatlarını açıqlamayıb. Əfqanıstanın “TOLO News” telekanalı toqquşmalarda azı 58 pakistanlı əsgərin həlak olduğunu bildirib. Pakistanın “Geo” televiziya kanalı isə toqquşmalarda azı onlarla əfqan əsgərinin həlak olduğunu bildirib.
Yeganə























