Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.95 $▲0.33%
  • WTI neft88.77 $▲0.59%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.239 $▼2.79%
  • Qızıl3 880 $▼0.94%
  • Gümüş48.80 $▼2.88%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 868 $▼3.51%
  • Ethereum1 947 $▼3.50%
  • S&P 5007 548▼0.58%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Turizm Agentliyinin daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

image-img_1148
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Busaat.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən uzaqlaşdırılıb.

Bildirilir ki, sözügedən şöbə müdiri də Agentlikdə baş verən son qalmaqal fonunda işini itirib. Belə ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.

Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, – iddialarda deyilir.

İddiaların yayılmasından sonra Agentliyin Aparat rəhbəri, əvvəllər “Transparency International”da çalışan Kənan Qasımov vəzifədən uzaqlaşdırılıb.

Qeyd edək ki, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov da əvvəllər “Transparency International”da işləyib. O, “Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi” layihəsinin koordinatoru kimi fəaliyyət göstərib.

Hələlik Agentliyin turizm siyasəti və strategiyası şöbəsinə yeni müdir təyin olunmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=160287