Türkiyə Dekabrdan sonra Suriyada əməliyyata başlaya bilər

image-thumbs_b_c_3ed827e8fa914dbed52e06d31b01f4d0backend

Türkiyə bu ilin dekabr ayından sonra Suriyada yeni sərhəd əməliyyatına başlaya bilər.

Busaat.az xəbər verir ki, bu barədə Hürriyet qəzetinin köşə yazarı Abdulkadir Selvi yazıb.

“Türkiyə Silahlı Qüvvələri İraqda “Claw Lock” əməliyyatı keçirir. Bu əməliyyatın dekabrda başa çatdırılması gözlənilir. Bundan sonra Suriyada quru əməliyyatı üçün geri sayım başlamalıdır. Bu dəfə daha genişmiqyaslı əməliyyat planlaşdırır” –deyə, müxbir qeyd edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında yerləşən və Ankara tərəfindən terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyası və Xalq Müdafiə Birliklərinə qarşı sərhədyanı quru əməliyyatının yaxın gələcəkdə keçirilə biləcəyini bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90