Türkiyəli əmşhur aparıcı və aktrisa Defne Samyelinin gözəlliyi Çində araşdırma mövzusu olub.
Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Çində bir universitetin genetik elmləri laboratoriyasında Defne Samyelinin dərisinin ətraflı müayinəsi aparılacaq. Bu çərçivədə aktrisanın dərisinin genetik quruluşu və xüsusiyyətləri elm adamları tərəfindən təhlil ediləcək.
Universitetin çağırışı ilə Samyeli Pekinə yola düşüb. Tezliklə genetika və dəri gəncliyi üzrə ixtisaslaşmış tədqiqatçılarla məlumat mübadiləsi aparmaq üçün bir araya gələcək.
51 yaşlı aktrisa, təxminən 4000 nəfərin marağına səbəb olacaq dəri sağlamlığı və gözəlliyi mövzusunda konfrans da təşkil edəcək.