UEFA “Qarabağ”ı buna görə 28500 avro cərimələdi

image-qarabag-en-yenibackend

UEFA “Qarabağ” klubunu 28500 avro cərimələyib.

Busaat.az xəbər verir ki, buna “köhlən atlar”ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.

Azərbaycan çempionu Bakıda Xorvatiyanın “Dinamo” kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. “Qarabağ” “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro cərimələnib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki