UFC-nin ən yaxşı döyüşçüsü həbs edilib

image-ufcbackend

Orta ağır çəkidə keçmiş UFC çempionu Con Cons ABŞ-ın Las-Veqas şəhərində həbs edilib.

Busaat.az  TMZ-yə istinadən xəbər verir ki, 34 yaşlı idmançı ailə-məişət zorakılığında şübhəli bilinir. Məsələnin təfərrüatları açıqlanmayıb.

ABŞ-dan olan idmançı peşəkar karyerası ərzində 28 döyüş keçirib. Cons bu görüşlərin 26-da qələbə qazanıb. Onun passivində cəmi 1 məğlubiyyət var ki, bu da qanunsuz dirsək zərbəsinə görə verilib. Daha bir qarşılaşmanın nəticəsi ilə etibarsız elan edilib.

Qeyd edək ki, Con Cons UFC tarixində ən gənc çempiondur. O, 4 il ərzində titulunu uğurla qoruya bilib.

Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90