Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı – SİYAHI

image-77ad67db-989d-492e-acdd-a7586925bcfdbackend

Rusiya qoşunları Ukraynanın Starı Saltov, Russkaya Tişka, Çerkasskaya Tişka, Koroboçkino, Aseyevka, Çepel və Uda yaşayış məntəqələrində mülki infrastrukturlara atəş açıblar.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

“Rusiyanın 2-ci ümumqoşun ordusunun 15-ci motoatcı briqadasının şəxs heyəti döyüşlərdə böyük itki verib. Ukrayna ərazisində hərbi əməliyyatlarda briqadanın 1 800 hərbçisi iştirak edib. Döyüşlər nəticəsində brqadanın təxminən 800 hərbçisi həlak olüb, 400-ə yaxın əsgəri yaralanıb”, – məlumatda qeyd edilib.

Məlumata əsasən, son sutkada Ukrayna Silahlı Qüvvələri Dnetsk və Luqansk istiqamətində düşmənin 7 hücumunun qarşısını alaraq, 3 tankını, iki zirehli döyüş maşınını, 4 avtomobilini məhv edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri isə Rusiyanın “Orlan-10” tipli 6 PUA-sını sıradan çıxarıb.

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 398 ədəd tankı, 3 438 ədəd zirehli döyüş maşını, 711 ədəd artilleriya sistemi, 213 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 421 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 562 ədəd dronu, 125 qanadlı raket və 52 ədəd xüsusi texnikası məhv edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90