Ukrayna-Belarus müharibəsi başlayır? – “Ukrayna sərhədində təxribat görürük”

image-xqt8-d1txngzbackend

Ukrayna sərhədində təxribat təhlükəsi var və bu, silahlı insidentlərə çevrilə bilər.

Busaat.az xəbər verir ki, bunu Belarusun Müdafiə naziri Viktor Xrenin bildirib

“Ukraynanın sərhədə əlavə qüvvələrin cəlb edilməsi, dövlətimizin sərhədi yaxınlığında ərazi qüvvələrinin formalaşdırılması təxribat riskləri yaradır ki, bu da silahlı sərhəd insidentlərinə qədər uzana bilər” – deyə, Xrenin Belarus mətbuatına müsahibəsində deyib.

Daha əvvəl Belarus Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo qeyd edib ki, sərhədə yaxın Ukrayna ərazilərində naməlum silahlı şəxslərin olması təhlükəli vəziyyət yaradır.

Həmin ərazilərə Belarus tərəfindən gücləndirilmiş patrul dəstələri yerləşdirib, təhlükəsizlik texnikasını aktiv şəkildə işə salınıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın 15 minə qədər hərbçidən ibarət qrupu Belarus sərhədinə çəkdiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki