Ukrayna bütün bəhanələrdən istifadə edərək NATO-nu münaqişəyə cəlb edir – Lukaşenko

image-lukasenkobackend

Biz Belarus sərhədi yaxınlığında təxribatların artdığını müşahidə edərkən, Ukrayna NATO-nu münaqişəyə cəlb etmək üçün hər cür bəhanə gətirir.

Busaat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Bütün hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. Ukrayna çox güman ki, NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etmək üçün bütün bəhanələrdən istifadə etməyə çalışır. Bütün bunları bu yaxınlarda Polşa ərazisində baş vermiş raket qəzası da təsdiqləyir” – deyə, Lukaşenko qeyd edib.

Prezident bildirib ki, Belarus istənilən düşməni ölkəsinə qarşı hərbi güc tətbiq etməkdən çəkindirməyə qadirdir.

“İndiyə qədər biz potensial düşməni Belarusa qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilmişik” – deyə, Lukaşenko bildirib.

Onun sözlərinə görə, Qərb dövlətləri öz silahlı qüvvələrinin hərbi potensialını artırmağa, qonşu dövlətlərin ərazisində infrastrukturu modernləşdirməyə, əməliyyat və döyüş hazırlığı fəaliyyətinin intensivliyini artırmağa davam edir.

“Bütün bunlar ölkəmizin ətrafında və bütövlükdə regionda onsuz da mürəkkəb olan hərbi-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarır” – deyə, Belarus Prezidenti əlavə edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki