2025-ci ildə Ukrayna Silahlı Qüvvələri 30 mindən çox uzaqmənzilli “DeepStrike” pilotsuz uçan aparatı alacaq.
Busaat.az xarici mediaya istiandən xəbər verir ki, bu aparatlar uzun məsafələrdə avtonom şəkildə fəaliyyət göstərməyə və hədəfləri yüksək dəqiqliklə vurmağa qadirdirlər.
Pilotsuz təyyarələrin bir hissəsi Ukraynanın hərbi-sənaye kompleksinə investisiya yatıran beynəlxalq tərəfdaşları tərəfindən maliyyələşdirilib.
Analitiklərə görə, “DeepStrike” pilotsuz təyyarələrinin inkişafı Ukraynanın hətta müharibə şəraitində də ən müasir istehsalı inkişaf etdirmək qabiliyyətini nümayiş etdirir.
Zeyd Bağırzadə