ABŞ-nin dövlət katibi Antoni Blinken Kiyevə səfər edib.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“European Pravda”nın yazdığına görə, Blinken artıq Ukraynanın paytaxtındadır. “Klimenko Time” isə Kiyevin mərkəzində bütün nəqliyyatın dayandırıldığını bildirib.
Lakin hələlik bu xəbərlərin rəsmi təsdiqi yoxdur.
Bundan əvvəl Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Ukraynanın “Dzerkalo Tyzhnia” internet nəşrinə verdiyi şərhdə ABŞ diplomatının sentyabrın 6-da Kiyevə səfərini təsdiqləməkdən imtina edib.
Xatırladaq ki, Blinken sonuncu dəfə 2022-ci ilin sentyabrında Ukraynaya səfər edib.