Ukraynanın xarici işlər naziri Andriy Sibiha sosial şəbəkədə yazıb ki, Ukrayna Nikaraqua Respublikası ilə diplomatik əlaqələri rəsmən kəsib.
Busaat.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bu qərar Nikaraquanın Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojjya, Xerson vilayətləri və Krımdakı müvəqqəti işğal olunmuş əraziləri üzərində qondarma suverenliyini tanımasına cavab olaraq qəbul edilib.
“Biz bu qərarı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsdən zərbə vurmaq cəhdi, Ukrayna Konstitusiyasının, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk.
Təcavüzkar dövlətlə siyasi birləşərək, Ukrayna torpaqlarının zorakılıqla ələ keçirilməsini qanuniləşdirməyə çalışaraq və Rusiyanın işğalı altında olan Krımda qondarma “fəxri konsulluq” açan Nikaraqua Rusiyanın Ukraynaya qarşı təcavüzünə şərik olub. Nikaraquanın Rusiya işğalını “tanınması” hüquqi baxımdan etibarsızdır.
Bu, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməsinə səbəb olmur və heç vaxt da olmayacaq. Ukrayna onun suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərinə qətiyyətlə cavab verməyə davam edəcək”, – deyə Sibiqa qeyd edib.
Yeganə









