
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayır - Valeriy Zalujny
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujny 20 günlük Ukrayna və Rusiya mübarizəsinin yekunlarını açıqlayıb.
Busaat.az UNİAN-a istinadən xəbər verir ki, Zalujnıy öz Facebook səhifəsində Ukrayna Silahlı Qüvvələrinin tapşırıqları yerinə yetirirdyini yazıb.
“Biz təcavüzkarı dayandırmışıq, ehtiyat hissələri yerləşdirmişik və müəyyən ərazilərdə əks-hücuma başlayırıq.”- deyə Zalujnıy yazıb.
Zalujnıy həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri itkilər verir. Lakin onlar düşməninkindən bir neçə dəfə kiçikdirlər. O, həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.
Busaat.az
Sərvinaz Hacalıyeva























