Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲3.56%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 592 $▼0.21%
  • Ethereum2 221 $▼0.69%
  • S&P 5007 377▲0.27%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...

image-1647410460_1647408370__123356562_hi074059063
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ukrayna Müdafiə Nazirliyi 16 mart saat 6:00-dək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb.
Busaat.az  Ukrayna MN-ə istinadla xəbər verir ki, məlumatda deyilir:
“Son sutka ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində işğalçı qoşun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyə, bəzi rayonlarda isə əks-hücuma keçməyə nail olub.
Ötən günün nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin hərəkətləri nəticəsində üç təyyarə (onlardan ikisi Su-34) məhv edilib. Bundan əlavə, bir helikopter, üç əməliyyat-taktiki PUA və iki qanadlı raket vurulub. Hazırda əlavə məlumat dəqiqləşdirilir.
Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer hədəflərinə raket və bomba zərbələri endirməyə davam edib. İşğalçı qoşunların texnika kalonlarına və dəstələrinə 9 hava zərbəsi endirilib.
İşğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.
Düşmən müəyyən ərazilərdə geri çəkilərkən itkilər verməkdə davam edir. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş sərhədlərin və müdafiə sahələrinin möhkəmləndirilməsinə və qorunub saxlanmasına yönəlib”, – məlumatda qeyd edilib.
(olke.az)
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=73430