
Ukraynada həbs edilən partiya sədrinin həyat yoldaşı Ərdoğana müraciət etdi - VİDEO
Həbs edilən “Həyat uğrunda Müxalifət Platformu” Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Ukrayna prezidenti Volodimir Zelenskiyə videomüraciət ünvanlayıb.
Busaat.az-ın xəbərinə görə, müraciət deyilir: “Xahiş edirəm ki, Ukraynanın təhlükəsilik xidmətinin qanunsuz olaraq həbs etdiyi ərimin azad edilməsi üçün dərhal göstəriş görəsiniz. Viktor Vladimiroviç heç bir qanunu pozmayıb və ölkəni tərk etməyib, həmişə Ukraynada sülhün tərəfdarı olub. Şübhə yoxdur ki, həyat yoldaşım siyasi motivlərlə təqib olunur. Onun həyatı təhlükə altında olmalı deyil”.
O.Marçenko ərinin azad edilməsinə köməklik etməsi xahişi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib.























