
"Ukraynadakı münaqişənin həlli Yaxın Şərqdəkindən çətindir" - Tramp
Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı açıqlama verib
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşüb.
Busaat.az xəbər verir ki, Tramp görüş zamanı Ukraynadakı münaqişənin həlli ilə bağlı açıqlama verib.
ABŞ prezidenti qeyd edib ki, Ukraynadakı münaqişənin həlli Yaxın Şərqdəkindən daha çətin ola bilər.
“Biz Rusiya prezidenti Vladimir Putinlə yaxşı anlaşırıq, lakin mən ondan çox məyus oldum, çünki düşünürdüm ki, bunu həll etmək asan olacaq. Amma belə çıxır ki, bu, Yaxın Şərqdəkindən daha çətindir”, – deyə Amerika lideri bildirib.
Yeganə























