“İstənilən halda Ukraynadakı erməni lobbisinin etirafları ciddi qalmaqala səbəb olacaq”.
Bunu Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın Ermənistana silah göndərilməsini etiraf etməsi haqda danışan politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, dünyanın müxtəlif ölkələrində mənzillənmiş erməni lobbilərinin Ermənistanı həm hərbi, həm də maliyyə baxımından təhciz etməsi hərkəsə bəllidir: “Əslində dünyada məzlum və yazığ xalq obrazı yaradaraq erməni lobbisinin həm müxtəlif siyasətçiləri ələ alması, həm illeqal gəlirləri Ermənistana yönəltməyi nəticədə vəziyyətin daha da gərginləşməsinə, həmçinin Ermənistanın aqressiyasının bütün bölgə üçün təhdid formalaşdırmağına səbəb olur. Hovakim Arutyunyanın Ukraynadan Ermənistana silah göndərilməyi ilə bağlı açıqlaması ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə bu silahların hardan əldə edildiyi özü müzakirə olunan bir məsələdir”.
Politoloq, həmçinin Ukraynadan Ermənistana silah daşınmasının təsirlərinə toxunub: “Digər tərəfdən Ukrayna Rusiya ilə çətin müharibə şəraitindədir. Belə olan təqdirdə Ukraynanın özünün silaha ehtiyacı var. Ukraynadan erməni lobbisinin Ermənistana silah göndərməyi Ukrayna güc strukturları və istintaq orqanları tərəfindən dərin araşdırılmalıdır. İstənilən halda Ukraynadaki erməni lobbisinin etirafları ciddi qalmaqala səbəb olacaq. Bu açıqlama Ukraynanın daxilində güc strukturları tərəfindən yeni araşdırmaların başlamağına səbəb olacaq”.
Ələsgər / Busaat.az