
"Ukraynalılar danışıqlar masası arxasında oturmalıdırlar" - Makron
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya və ABŞ arasında müzakirələrə Avropa və Ukrayna cəlb edilməlidir.
Busaat.az xəbər verir ki, Makron bu barədə Aralıq dənizi Qrupunun Sloveniyada keçirdiyi mətbuat konfransında bildirib.
“ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşünə gəlincə, düşünürəm ki, liderlərin görüşüb ikitərəfli gündəliyi müzakirə edə bilməsi çox yaxşı haldır. Amma əgər söhbət Ukraynanın gələcəyindən gedirsə, o zaman ukraynalılar danışıqlar masası arxasında oturmalıdırlar.
Əgər müzakirə avropalıların təhlükəsizliyinə aiddirsə, o zaman avropalılar da bu masada olmalıdırlar”, – Makron bildirib.
Yeganə























