Ukraynanın növbəti prezidenti o ola bilər

image-mycollages_-_2022-08-11t143638-392backend

Ukrayna Prezident Ofisi başçısının müavini Aleksey Arestoviç ölkənin növbəti prezidenti ola bilər.

Busaat.az  xəbər verir ki, bu barədə siyasətçinin özü “V qostyax u Dmitriya Qordona” verilişində qonaq olarkən deyib.

Arestoviç bildirib ki, əgər indiki Prezident Volodimir Zelenski ikinci dəfə namizədliyini irəli sürməsə, özü seçkilərə qatılacaq: “Görüm necə olacaq”.

Qeyd edək ki, A. Arestoviçin 47 yaşı var. 2005-ci ildən siyasətlə məşğuldur. Həmçinin aktyorluq və bloqerlik fəaliyyəti olub. Ailəlidir, üç övladı var.

 



Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90