İngiltərənin Şimal-Qərbindəki Çeşirdəki Alexandra Xəstəxanasında uroloq kimi çalışan Dr. Cerald Kollinz kişilərin sidiyə çıxması ilə bağlı dərc olunan hesabat haqqında danışıb. Collinsə görə, bir çox kişi sidiyini səhv edir.
Busaat.az xəbər verir ki, dünyada fəaliyyət göstərən, İngiltərədə yerləşən internet əsaslı bazar araşdırması və sorğu şirkəti YouGov ötən cümə günü hesabat yayıb.
13 ölkədən 7000-dən çox kişinin iştirak etdiyi hesabatda aparılan sorğuya əsasən kişilər ayaq üstə sidiyə getməyə üstünlük verirlər.
Daily Star-da yer alan xəbərə görə, kişilər daha sağlam və gigiyenik üsula sahib olsalar da səhv sidiyə gedirlər.
Doktor Cerald Kollinz verdiyi açıqlamada, kişilərə oturaraq sidiyə getmələrini tövsiyə edib və bunun daha gigiyenik və sidik kisəsi sağlamlığı üçün daha yaxşı olduğunu söyləyib.
Uroloq izah edib ki, oturma çanaq əzələlərinin və onurğanın tam rahatlaşmasına imkan verərək sidiyə getməyi asanlaşdırır.
Doktor Kollinz yaşlı kişilərin oturaraq sidiyə getməsinin faydalı olduğunu müdafiə edib.
Hesabatda yer alan sorğuya görə, kişilərin həmişə oturaraq sidiyə getmə nisbətinin ən yüksək olduğu ölkə 40% ilə Almaniya olub. Sinqapur 5%-lə bunu ən az edən ölkələrdən biridir.
Busaat.az