Son bir il ərzində türk dünyası coğrafiyasında qızılcaya yoluxmada artım müşahidə olunur.
Busaat.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.
Qeyd olunub ki, ən çox yoluxma Türkiyədə qeydə alınıb. Son 1 il ərzində qardaş ölkədə qızılcaya 2 min 986 nəfər yoluxub. Eyni zamanda, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da artım olub.
ÜST-ün əvvəlki hesabatına görə isə Türkiyədə qızılcaya 1543 yoluxma qeydə alınıb. Yəni göstərici bir il ərzində təxminən 2 dəfə artıb.
Mütəxəssislər bildiriblər ki, yoluxmanın qarşısını almaq məqsədilə peyvəndlənməyə ehtiyac var.