Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.36 $▲0.47%
  • WTI neft101.82 $▲0.47%
  • Avropa qazı (TTF)99.56 €▲5.33%
  • Təbii qaz (ABŞ)3.054 $▼0.33%
  • Qızıl4 066 $▲0.23%
  • Gümüş54.19 $▲0.15%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda611.25 ¢▼0.04%
  • Bitcoin80 498 $▼0.37%
  • Ethereum2 333 $▼0.61%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Vahid Əhmədovun bu təklifi keçsə, ev probleminiz həll olunacaq…

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Satılacaq “kirayə evlər” üçün aylıq ödəniş 200-250 manat olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov kirayə üsulu ilə satılacaq mənzillərin qiymətlərinin əhali arasında kəskin şəkildə narazılıq yaratmasına münasibətində deyib. Deputat hesab edir ki, İpoteka və Kredit Zəmanəti Fondu məsələyə yenidən baxmalıdır:
“Kirayə evlərlə bağlı qiymətləri çox yüksək qoyublar. Anlamıram, belə də qiymət qoyarlar?  Əlbəttə, bu qiymət çox böyük məbləğdir. Kirayə və sosial evləri kifayət qədər imkanı aşağı olan insanlar alır. Düşünürəm ki, həm ilkin, həm də aylıq ödəniş məsələsinə yenidən baxılacaq. Elə etməlidirlər ki, əhali arasında problem yaratmasınlar. Dövlət başçısı bu layihələri ona görə reallaşdırır ki, əhalinin sosial problemi həll olunsun. Yəni, döğrudan da kirayə evlər məsələsində kifayət qədər böyük bir məbləğ qoyulub. İnanıram ki, məsələyə yenidən baxılsa, dövlət də bunu nəzərə alacaq”.
Deputat məsələ ilə bağlı İpoteka və Kredit Zəmanəti Fonduna təkliflər səsləndirib: “Kirayə evlərlə bağlı ilkin ödəniş 1500 manat, aylıq ödəniş isə 200-250 manat arasında olsun.  500 manatdan yuxarı kirayə haqqını kim ödəyə bilər ki? Elə adamlar var, aylıq əmək haqqı 500 manatdır, bunu nəzərə almaq lazımdır”.
Qeyd edək ki, kirayə evlər üçün elektron müraciətlərin qəbulu 22 yanvar 2020-ci il tarixində başlayacaq.
Artıq kirayə üsulu ilə satılacaq mənzillərin qiymətləri də məlumdur. Ərazisindən asılı olmayaraq, Bakıda onların 1 kv metrinin qiyməti 1 850 manat ətrafında dəyişir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6 364 manat təşkil edir.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2406