
Vaksinasiyadan keçənlərin sayı açıqlandı
Bu gün Azərbaycanda koronavirus əleyhinə 15 min 794 vaksin vurulub.
Busaat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 897, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 897 nəfərdir.























