Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.28 $▲1.68%
  • WTI neft86.45 $▲1.69%
  • Avropa qazı (TTF)84.42 €▲0.45%
  • Təbii qaz (ABŞ)3.163 $▲2.46%
  • Qızıl3 866 $▼0.29%
  • Gümüş47.38 $▼0.22%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda611.00 ¢▲1.92%
  • Bitcoin63 689 $▼1.74%
  • Ethereum1 784 $▼1.89%
  • S&P 5007 336▼1.14%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Sağlamlıq

Vaksinlərin yeni ştammlara qarşı təsir gücü azdır - ÜST

image-qebreyesus
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Koronavirus ştammları hazırda vaksinlərin istehsalında və paylanmasında mövcud olan qeyri-bərabərlik səbəbindən onlara qalib gəlir. Bu isə həmçinin qlobal iqtisadi dirçəlişə də təhlükə yaradır.”

Busaat.az  Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytına istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus iyulun 7-də baş tutan brifinqdə deyib.

Onun sözlərinə görə, dünyada COVID-19-un qurbanlarının sayı rəsmi olaraq 4 milyonu ötüb. Lakin həqiqətdə koronavirus səbəbindən ölənlərin sayı daha çox ola bilər.

“Əhalisini peyvənd etməyə nail olan bəzi ölkələr artıq məhdudiyyətləri ləğv edib. Sanki pandemiya artıq başa çatıb. Lakin immun qazanma templərində müşahidə edilən ağılasığmaz qeyri-bərabərlik və yeni ştammların yaranması səbəbindən digər ölkələrdə kəskin artımlar baş verir”, – deyə ÜST rəhbəri öz narahatlığını ifadə edib.

Qebreyesus, həmçinin Latın Amerikası, Asiya və Afrikada “ölüm dalğası”na səbəb olacaq kəskin oksigen və dərman çatışmazlığından da danışıb. O, bəşəriyyəti bir olmağa və koronavirus pandemiyasına qarşı birgə səylərlə mübarizə aparmağa çağırıb.

ÜST rəhbəri, həmçinin G20 ölkələrini pandemiyanı dayandırmaq üçün təcili tədbirlər görməyə səsləyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51684