Tanınmış texnobloger və aparıcı Valid Fərmanoğlu (TEXNOBRO), TikTok hesabında yayımladığı videoda populyar onlayn alış-veriş platforması Temu ilə bağlı şəxsi təcrübəsini və narazılıqlarını bölüşüb. O, Temu-dan gələn məhsulların fotolarda göstərildiyi kimi olmadığını, şəkillərin manipulyasiya edildiyini, məhsulların real ölçü və görünüşlə uyğun gəlmədiyini vurğulayıb.
Belə ki, Valid Temu platformasından ağıllı domofon sifariş edib. Ancaq məhsul gələndə nə şəkildəki görünüşə, nə də vəd edilən texniki keyfiyyətə uyğun olub:
- Daha böyük və yüksək texnologiyalı görünən domofon, realda daha kiçik və yüngül;
- Kamera keyfiyyəti zəif;
- Cihaza qoşulmaq isə çətin olub və istifadə üçün əlavə bulud servisinə ödəniş etməli olduğu ortaya çıxıb;
Bu texniki tələblər və çatışmazlıqlar məhsulun təsvirində və istifadəçi rəylərində ümumiyyətlə qeyd olunmayıb.
Validin sözlərinə görə, Temu-da yerləşdirilən istifadəçi rəyləri də real alıcı təcrübəsini əks etdirmirdi.
Eyni zamanda platforma “müvəqqəti endirim”, “bəxtli seçim”, “500 manatlıq məhsul 10 manata” kimi kampaniyalarla alıcıların psixologiyasına təsir edir, tələsik və düşünülməmiş sifarişlərə səbəb olur.
Sonda Valid izləyicilərini Temu-dan bəyəndiyi məhsulu almaq üçün tələsməməyə, daha diqqətli olmağa və digər platformalara da baxmağa səsləyib.
Videoya baxmaq üçün: