Valideynlərin NƏZƏRİNƏ – Bu xəstəliyə tutulan uşaqların sayı artır \ VİDEO

image-smpahxrhjxn4xe7s5bebcqo5gwtz1km5s6rtcedzbackend

Öən illə müqayisədə bu il skolioz xəstəliyinə yoluxan uşaqların sayı 10 faiz artıb.

Bunu həkim Günel Acalova “Xəzər Xəbər”ə müsahibəsində deyib.

O bildirib ki, skolioz ən çox döş və ya bel nahiyələrində görünə bilən onurğanın yana əyriliyidir.

Valideynlər isə deyirlər ki, uşaqlar çox vaxt onurğa sütununu əyib otururlar.

Verilən məsləhətə də məhəl qoymurlar. Xəstəliyin sürətlə yayılması məhz bu səbəbdən baş verir.

Həkim Günel Acalova deyir ki, uşaqların sürətli boy artımı dövründə valideynlər daha diqqətli olmalıdırlar. Əks halda xəstəlik daha böyük fəsadlara yol aça bilər.

Qeyd edək ki, uşaqlarda skoliozun müalicəsi əsasən konservativ üsulla aparılır. Zamanında addım atılmadıqda isə cərrahi yola ehtiyac yaranır. Onurğa sütununda deformasiyaların yaranmaması üçün uşaqlara düzgün oturmaq və yerimək kimi vərdişləri aşılamaq lazımdır.

Ətraflı videomaterialda:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki