“Vaqner” Aİ-nin sanksiyalar siyahısına əlavə edildi

image-avropabackend

Avropa İttifaqı (Aİ) Rusiyanın “Vaqner” şirkəti və Rusiya KİV-i “RİA FAN”ı sanksiya siyahısına daxil edib.

Avropa Şurasından verilən açıqlamada “Vaqner” şirkəti və “RİA FAN”ın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etdiyi səbəbi ilə sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Aİ-nin fevralın 25-də “Vaqner”ə bağlı 11 şəxs və 7 təşkilata qarşı sanksiya qərarı verdiyini xatırladan bəyanatda Yevgeni Priqojinin maliyyələşdirdiyi şirkətin Rusiyanın Ukraynaya hücumlarında və Soledardakı əməliyyatlarda fəal iştirak etdiyi bildirilib.

Avropa Şurasının son qərarı ilə Aİ-nin Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyalar siyahısında olanların sayı 1473, təşkilatların sayı isə 207 olub.

Aİ-nin sanksiyalarına səyahət qadağası, aktivlərin dondurulması və siyahıda olanların maliyyələşdirilməsinə qadağa daxildir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90