“Vaqner” necə qurulub? – “Kremlin aşpazı” Priqojindən ETİRAF

image-vaqnerbackend

“Kreml aşpazı” kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojin “Vaqner” təhlükəsizlik şirkətini 2014-cü il mayın 1-də özünün qurduğunu açıqlayıb.

Busaat.az xəbər verir ki, Priqojin şirkəti qurmaqda məqsədin Donbasdakı əməliyyatlara dəstək verilməsi olduğunu etiraf edib.

2014-cü ildə Ukraynanın şərqində yerləşən Donbasdakı qarşıdurma səbəbindən bölgəyə getdiyini bildirən Priqojin, “Köhnə silahları təmizlədim, gülləkeçirməz jiletlərlə özüm məşğul oldum və bu mövzuda köməklik göstərə biləcək mütəxəssislərlə görüşdüm. O an etibarilə, Vaqner adlı vətənpərvər bir qrup meydana çıxdı” – deyə, qeyd edib.

Qrupun Luqansk və Donetskin taleyini dəyişdirdiyini bildirən Priqojin Vaqnerin Suriya ilə yanaşı digər ərəb ölkələri, Afrika və Latın Amerikası kimi ölkələrdə də fəaliyyət göstərdiyini bildirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90