Peskov: “Zelenskinin faşistləri alqışlaması Kiyevin nasist ideologiyasını təsdiqləyir”

image-dmitri-peskovbackend

“Ukrayna prezidenti Volodimir Zelenskinin Kanada parlamentində SS diviziya faşistini alqışlaması Kiyev rejiminin nasist ideologiyasını bir daha təsdiqləyir”.

Busaat.az xəbər verir ki, bu fikri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Kiyev rejiminin nasist ideologiyasına aludəçiliyi yeni bir şey deyil, biz bu haqda çoxdan danışırıq. Zelenskinin də faşisti ayaqda alqışlaması bunu bir daha təsdiqləyir”, – Peksov bildirib.

“Əlbəttə, biz ancaq faşizmə qarşı döyüşən Ukrayna veteranlarının, o cümlədən Zelenskinin babasının xatirəsinə rəğbət bəsləyə bilərik”, – Kreml sözçüsü qeyd edib.

Xatırladaq ki, ötən həftə “Associated Press” agentliyi Ukrayna prezidenti Volodimir Zelenskinin sentyabrın 22-də Kanada parlamentindəki çıxışı zamanı izləyicilərin İkinci Dünya Müharibəsi zamanı 1-ci Ukrayna Diviziyasında xidmət etmiş 98 yaşlı Hunkanı salamladığını göstərən fotolar dərc edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90