Vladimir Putin oktyabrın 6-da Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə Moskvada danışıqlar aparacaq.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Rusiya-Özbəkistan hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı perspektivlərini, həmçinin regional və beynəlxalq problemləri müzakirə etmək planları var”, – Peskov deyib.
Kreml danışıqların dövlət başçılarının birgə bəyanatının qəbulu və bir sıra idarələrarası və kommersiya sazişlərinin imzalanması ilə yekunlaşacağını söyləyib.
Özbəkistan liderinin mətbuat xidməti bundan əvvəl bildirib ki, Mirziyoyev Putinin dəvəti ilə oktyabrın 5-7-də Rusiyaya rəsmi səfər edəcək.