Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da İraqın baş naziri Məhəmməd Şia Əl Sudani ilə danışıqlar aparacaq.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Oktyabrın 10-da danışıqlar olacaq. İraqın baş naziri Əl Sudaninin rəsmi səfəri baş tutacaq”, – Kreml sözçüsü deyib.
Peskov qeyd edib ki, tərəflər arasında Rusiya-İraq danışıqları aparılacaq. Həmçinin, cənab Al Sudani ilə iş səhər yeməyi də olacaq.
Onun sözlərinə görə, daha sonra oktyabrın 11-də Putin və İraqın baş naziri Rusiya Enerji Həftəsinin plenar iclasında iştirak edəcəklər.