“Vaqner” Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqladı

image-vaqnerbackend

Rusiyada şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin qurduğu “Vaqner” qrupu Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb.

Busaat.az-ın məlumatına görə, bu barədə Priqojinə məxsus “Konkord” şirkətinin sosial media hesabından verilən açıqlamada muzdlu döyüşçü dəstəsinin Afrika və Belarusda fəaliyyətini davam etdirdiyi bildirilib.

“Şirkətin bağlanmasından söhbət gedə bilməz. Özəl hərbi şirkətin komandanlığı hələ də ona verilən bütün vəzifələri yerinə yetirir və şirkəti idarə edir”, – məlumatda qeyd olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90