Vaqnerin yüksək vəzifəli üzvü sığınacaq istədiyi Norveçdə həbs edildi

image-vaqnerbackend

Rusiyanın Vaqner hərbi şirkətinin yüksək vəzifəli üzvü olduğu bildirilən Andrey Medvedev əvvəllər sığınacaq istədiyi Norveçdə həbs cəzasına məhkum edilib.

Busaat.az xəbər verir ki, Medvedev məhkəmədə saxlanılarkən polislə qarşıdurma ittihamından bəraət alsa da, silah gəzdirməkdə təqsirli bilinərək asayişi pozduğuna və ictimai yerlərdə silah gəzdirdiyinə görə 14 sutka həbs cəzasına məhkum edilib.

Medvedev fevral ayında Oslodakı barda baş verən davadan sonra polis nəzarətinə götürülüb.

Aprelin 25-də keçirilən prosesdə vəkili Medvedevin saxlanma zamanı müqavimət göstərdiyini və əlləri qandallı halda polisə tüpürdüyünü etiraf edib, lakin o, polislərə təpik vurmadığını iddia edib.

Norveç İmmiqrasiya Xidməti (UDI) Medvedevin yanvarın 16-da sığınacaq üçün müraciət etdiyini təsdiqləyib.

Sənədlər Norveç hakimiyyət orqanlarına təqdim edildikdən sonra Medvedev Osloya göndərilib.

Rusiyalı oliqarx Yevgeni Priqojinə məxsus “Vaqner Qrupu”nun bir çox ölkədə, əsasən də Afrika qitəsində fəaliyyət göstərdiyi bilindiyi halda, şirkət ötən ay Serbiyada “dostluq və əməkdaşlıq mərkəzi” yaratdığını açıqlamışdı.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90