Vera Brejneva Barselonada saxlanıldı

image-verabackend

Əslən Ukraynadan olan Rusiyanın populyar müğənnisi, “VİA Qra” qrupunun keçmiş solisti Vera Brejneva Barselonada polis tərəfindən saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə sənətçi öz instaqram səhifəsində məlumat verib. Qeyd edib ki, Verka Serdyuçka (əsl adı Andrey Danilko- red. ) və anası Svetlana Volkova ilə birlikdə “Orel və Reşka” adlı səyahət şousunun yubileyi ilə bağlı aparıcısı olub.

Bu səbəbdən İspaniyaya gedən sənətçi hava limanında polisin müdaxiləsinə məruz qalıb. Brejneva daha sonra saxlanılaraq polis şöbəsində nəzarət kamerasına salınıb.

O, hansı səbəbdən saxlanılması barədə məlumat verməyib.

Müğənni səfər zamanı polis idarəsində olmasına və çox yorğun olmasına baxmayaraq, bunun həyatındakı ən yaddaqalan anlardan biri olduğunu etiraf edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90