“Verdiyim sözə həmişə olduğu kimi sadiq qaldım” – Prezident

“Verdiyim sözə həmişə olduğu kimi sadiq qaldım” – Prezidentbackend

“Noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var. Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı”.

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qubadlı şəhərinə səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, biz düşməni məcbur etdik:

“Torpaqlarımızdan qovduq və mən verdiyim sözə həmişə olduğu kimi sadiq qaldım. Müharibənin ilk günlərindən demişdim, Ermənistan rəhbərliyi açıq-aşkar bəyan etməlidir ki, nə vaxt, hansı tarixdə bizim torpaqlarımızdan çıxır. Tarix verməlidir bizə. Əgər bu olarsa, biz müharibəni dayandırarıq. Amma bizə tarix verilmədi. Çalışırdılar ki, müxtəlif yollarla xarici ölkələri bu işlərə qoşaraq öz çirkin əməllərini davam etdirsinlər, işğalı davam etdirsinlər. Əgər Ermənistan rəhbərliyi o vaxt mənim sözümə baxıb düzgün addım atsaydı, belə alçaldıcı vəziyyətə düşməzdi. Mən demişdim ki, axıra qədər gedəcəyik və axıra qədər də getdik, lazım olan anda dayandıq, üç rayonu bir güllə atmadan, bir itki vermədən qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90