Vətən müharibəsi iştirakçısı “Səs”də Xarıbülbüldən oxudu – VİDEO

image-mycollages__31_backend

Ötən gün “Səs Azərbaycan” şousunun yeni mövsümünün ilk buraxılışı efirə gedib.

Busaat.az xəbər verir ki, seçim turuna qatılanlardan biri Vətən müharibəsi iştirakçısı, Suqovuşan və Talış uğrunda döyüşən Nicat Tağıyev olub. O, “Görmədən seçimlər”də “Xarıbülbül” xalq mahnısını ifa edib.

Nicatın səsinə yalnız Xalq artisti Tünzalə Ağayeva dönüb və o, avtomatik olaraq müğənninin komandasına daxil olub.
Aparıcı Azər Süleymanlının təqdimatında yayımlanan layihənin digər ustadları Xalq artisti Brilliant Dadaşova, “Avroviziya” qalibi Eldar Qasımov və müğənni-bəstəkar Murad Arifdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90