Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 747 $▼0.01%
  • Ethereum2 235 $▼0.08%
  • S&P 5007 377▲0.27%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq

image-1703141058_1694417663-bankomat-pensiya-pul-maash
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yoldaşı vəfat edəndən sonra evlənsə belə, uşağına baxan ata pensiyaya tez çıxacaq.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Bu qərar hansı hallarda tətbiq olunacaq? Həmin uşaq kişinin 60 yaşı olan zaman azyaşlı olmalıdır yoxsa ümumi ömründə anasız uşaq saxlayan atalara aid ediləcək bu qərar? Bu könüllü şəkildə olacaq yoxsa həmin şəxsin 60 yaşının tamamında pensiyaya çıxması mütləqdir?

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında danışıb.

“ “Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə görə, 5 və daha çox uşaq dünyaya gətirib, övladlığa götürüb, qəyyumluğa götürüb onu 18 yaşına qədər tərbiyə eləmiş şəxslər digərlərindən 5 il az olmaqla əmək pensiyası hüququnu əldə etmək hüququna malikdirlər. Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanununun 8.3.-cü maddəsinə görə, əgər ana vəfat edərsə, ana ilə nikaha xitam verilərsə və ya ana valideynlik hüququndan məhrum olunarsa 5 və daha çox uşağı və ya əlilliyi müəyyən olunmuş uşağı növbəti nikahı bağlamadan təkbaşına böyüdən atalar uşağın 8 yaşı tamam olana qədər 5 il azaldılmaqla yaşa görə əmək pensiyasına çıxmaq hüququ qazanırlar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137731