Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.20 $▲0.32%
  • WTI neft101.54 $▲0.20%
  • Avropa qazı (TTF)97.52 €▲3.00%
  • Təbii qaz (ABŞ)3.091 $▲0.88%
  • Qızıl4 060 $▲0.08%
  • Gümüş53.78 $▼0.61%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda613.50 ¢▲0.33%
  • Bitcoin81 279 $▲0.59%
  • Ethereum2 361 $▲0.58%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Vətəndaşların tibbi xidmətlər üçün hansı hallarda ödənişlər edəcəyi açıqlandı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərə tutulmuş tibbi xidmətlərlə əlaqədar müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar müəyyənləşib.
Busaat.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə əksini tapıb.
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində nəzərə tutulmuş tibbi xidmətlərdən istifadə zamanı tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan – sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs tərəfindən ödənilən hissəsi) aşağıdakı qaydada müəyyən edilir:
– sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə – 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə – 5 manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə – 15 manat;
– sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün – 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə – 30 manat;
– sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün – 15 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə – 90 manat.
Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyir.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1876