Ötən gün paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.
DİN-in mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.