Vilayət Eyvazov vəfat edən polislə vida mərasimində – Foto

image-polisdefnbackend
Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib.
DİN-dən Busaat.az-a verilən məlumata görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib.
Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.
Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik!
Allah rəhmət eləsin!

1628255910 228280320 4007089872752434 2051001808506601839 n

 

1628255939 226979471 513006403325465 8131566606646185084 n

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki