Türkiyə telekanalında yayımlanan məşhur “Stil ikonu” yarışması ilə tanınan Gizem Karamelek sevgilisilə görüşdüyündən şübhələndiyi gənc qadını qardaşı və dostlarının köməyi ilə qaçırıb.
Gizem Karamelek və ona kömək edən 4 nəfər villada günlərlə işgəncə verdikləri qadının avtomobili ilə Gürcüstana keçmək istəyərkən həbs ediliblər.
Zorakılığa və işgəncələrə məruz qalan Kübra adlı qadın ölkədən qaçırılmaq istəyərkən polisin köməyi ilə xilas edilib. Qadının şikayətindən sonra G.Karamelek həbs edilib.
Daha sonra Gizem Karameleyin qardaşı və 3 dostu da həbs edilib.
Musavat.com