Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.35 $▼0.97%
  • WTI neft87.46 $▼1.00%
  • Avropa qazı (TTF)86.07 €▼5.37%
  • Təbii qaz (ABŞ)3.163 $▲0.16%
  • Qızıl3 873 $▲0.08%
  • Gümüş47.60 $▲0.59%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 140 $▼1.80%
  • Ethereum1 799 $▼1.93%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097

Vrtanesyandan ETİRAF: "Telekommunikasiyamız Azərbaycanın tam nəzarətindədir"

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanda hərbi-analitik portal Razm.info-nun koordinatoru Karen Vrtanesyan Azərbaycan ordusunun döyüş bölgəsindəki telekomunikasiyaya tam nəzarətindən yazıb.

Busaat.az  xəbər verir ki, “Facebook” hesabında bu barədə paylaşım edən Vrtanesyan Qarabağdakı hər zəngin bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənildiyini vurğulayıb.

Vrtanesyan Azərbaycanın müasir hərbi rabitə vasitələri ilə mobil rabitə operatorunun stansiyalarına nəzarət etdiyini, Qarabağdakı hər zəngə qulaq asmaqla yanaşı, edildiyi yeri və saatı da müəyyənləşdirdiyini, hətta əlindəki telefonun markasını da bildiyini qeyd edib.

“Bu şəkildə telefonlar 10-30 metrdən dəqiqliklə izlənilə bilər. Bu, bəzi meşə sahələrində və ya dərələrdə qeydə alınarsa, canlı qüvvənin orada yığılması deməkdir. Düşünürəm ki, hamı bunun nə demək olduğunu başa düşür. Buna görə də bütün telefonlar söndürülməlidir”, – ekspert yazıb.

Vrtanesyan eyni zamanda, zəng edənləri hərbi hissələrdən 2-3 km uzaqlaşmağa, hərbi hissədə 1-2 telefondan və 2-3 gündə bir dəfədən çox olmayaraq zəng etməyə çağırıb. Əks təqdirdə, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun cəmləşdiyi yerləri asanlıqla tapmağa davam edəcək.

O, qeyd edib ki, döyüş vəziyyətinin telefonla müzakirə olunmasına gəlincə, bu, açıq şəkildə qadağan edilməlidir, çünki bütün zənglər Azərbaycan Silahlı Qüvvələri tərəfindən dinlənilir. / Virtualaz.org

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=23645